Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları daha bir kafedə əxlaqsızlıq yuvasının təşkil edildiyini aşkarlayıb. Lent.az-ın məlumatına görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Quba sakini, 1980-cı il təvəllüdlü İmamov Aydın Gülmirzə oğlunun icarədarı olduğu – Xaçmaz rayonu, Alpançay kəndi ərazisində yerləşən “Alpançay” kafesində əxlaqsızlıq yuvası təşkil edərək saxlaması faktı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.