Hövsanda 5 yaşlı uşaq dərmandan zəhərlənib öldü
10 mart 2016 18:18 (UTC +04:00)

Hövsanda 5 yaşlı uşaq dərmandan zəhərlənib öldü

 

 

Bakının Hövsan qəsəbəsində azyaşlı uşaq naməlum şəraitdə ölüb. APA TV-nin xəbərinə görə, qəsəbə sakini olan 5 yaşlı Ömər Fətəliyevin qəbul etdiyi dərman preparatının təsiri nəticəsində vəfat etdiyi bildirilir.

 

Bəzi iddialara görə isə, hadisə qəsəbədə yerləşən 270 saylı uşaq bağçasında baş verib. Hadisənin təfərrüatlarını öyrənmək üçün azyaşlının tərbiyə aldığı bağçanın müdirəsi Səidə İmanova ilə əlaqə saxladıq.

 

S.İmanova hadisənin rəhbərlik etdiyi bağçada baş verməsi ilə bağlı deyilənləri təkzib etdi: "Hadisə xəstəxanada baş verib. Sadəcə, biz bu gün gedib, başsağlığı vermişik. Bağçaya aid bir şey deyil. O, evdə idi, ondan sonra da aparıblar onu xəstəxanaya. Biz eşitdiyimizə görə, bu dərmana görədir. "Nurofen" veriblər, belə bir dərman veriblər. Biz indi yasda idik, orada belə danışırlar".

 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi ilə əlaqə saxladıq. Bölmə rəisinin köməkçisi Əli Seyidov APA TV-yə açıqlamasında hadisədən xəbərsiz olduqlarını deyərək, faktın araşdırılacağını bildirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15