Hərbi Dəniz Qüvvələrinin matrosunu elektrik cərəyanı vurub. APA-nın məlumatına görə, hadisə bu gün baş verib. Hərbi Dəniz Qüvvələrinin matrosu Təbriz Mehman oğlu Əhmədovu təhlükəsizlik qaydalarının pozulması nəticəsində elektrik cərəyanı vurub. Hərbçiyə ilkin tibbi yardım göstərildikdən sonra o Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hərbçi həkim nəzarəti altındadır və onun sağlamlıq durumu stabildir.
Qeyd edək ki, T. Əhmədov Saatlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.