Həmyerlisini döyüb öldürdü
05 avqust 2019 10:18 (UTC +04:00)

Həmyerlisini döyüb öldürdü

0
Daxili İşlər Nazirliyi (DİN) Neftçalada baş verən qətllə bağlı məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 5-nə keçən gecə Neftçala şəhəri ərazisində Bankə qəsəbə sakini Mahir Əliyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.
 
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində Mahir Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişə baş verməsi və sonuncunun onu döyərək qətlə yetirməsi müəyyən edilib. 
 
Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 659

Oxşar yazılar