Həmyaşıdı öldürmək istəyən şəxsə <span style="color:red;">AĞIR CƏZA
04 noyabr 2014 13:06 (UTC +04:00)

Həmyaşıdı öldürmək istəyən şəxsə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Quba rayon sakini, 1991-ci il təvəllüdlü Qafar Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qafar Ağazadə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qafar Ağazadə bu il mayın 21-də Quba rayonun Barlı kəndində həmyaşıdı İlqar Babayevi bıçaqlayıb. Bədənin müxtəlif yerlərindən bıçaq xəsarətləri alan İlqar Babayevə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.


Qafar Ağazadə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Səlcuq Elçin

Oxşar yazılar