Həbsxanadakı qardaşına alt paltarında narkotik gətirdi
30 may 2014 17:04 (UTC +04:00)

Həbsxanadakı qardaşına alt paltarında narkotik gətirdi

12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 120.2.4 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Ramil Nizami oğlu Qafarovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Zülfiyyə Nizami qızı Qafarovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Qafarovanın alt paltarında gizlədilmiş, şəffaf sellofana bükülmüş, xalis çəkisi 0,8 qram olan narkotik maddə “Marixuana” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887
avatar

Oxşar yazılar