Həbsdəki NİDA-çı apellyasiya şikayəti verib
10 noyabr 2016 15:16 (UTC +04:00)

Həbsdəki NİDA-çı apellyasiya şikayəti verib

 

NİDA Vətəndaş Hərakatının narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən üzvü Qiyas İbrahimov birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayət verib.

 

Bu barədə Lent.az-a vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, bu gün şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayətdə Qiyas İbrahimova bəraət hökmü çıxarılması istənilib.

 

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Səlcuq Elçin

Oxşar yazılar