Hacıqabulda 17 yaşlı gənc qəza törətdi
05 dekabr 2015 00:55 (UTC +04:00)

Hacıqabulda 17 yaşlı gənc qəza törətdi

Hacıqabulda baş verən avtoqəzada 17 yaşlı sürücü ağır xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 23.30 radələrində Hacıqabul-Şirvan magistralının 1-ci kilometrliyində ağır avtoqəza baş verib.

 

Hacıqabul rayon sakini, M.Hüseynzadə küçəsi, 9 ünvanında yaşayan 1998-ci il təvəllüdlü Abbasov Abbas Rasim oğlu idarə etdiyi VAZ 2107 markalı  44 BN 280 dövlət nömrə nişanlı avtomobili böyük sürətlə körpünün beton dirəyinə çırpıb. Nəticədə avtomobilin sürücüsü ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən  xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirir.

 

Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar