Polis Bakıda genişmiqyaslı profilaktik-maarifləndirmə tədbirlərinə start verib - FOTO - YENİLƏNİB
0
0
Bakı şəhər Baş Polis İdarəsi və tabeli orqanları jurnalistlərin iştirakı ilə paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş genişmiqyaslı əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirir.
APA-nın tədbirlərdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, növbəti tədbir Səbail rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən paytaxtın İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişdiyi ərazidə aparılıb. DİN rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyır.
Reyd zamanı 5 piyadaya xəbərdarlıq edilib.
İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsi ilə 2 piyada üçün protokol tərtib olunub.
***
Saat 17:59
Bakı şəhər Baş Polis İdarəsi və tabeli orqanları jurnalistlərin iştirakı ilə paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş genişmiqyaslı əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirir.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş reportyor qrupları cəlb olunub. E.Hacıyev qeyd edib ki, kütləvi tədbirdə hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı fəal iş aparılır: “Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür. Polislə birgə KİV nümayəndələri vətəndaşlarla fərdi profilaktik söhbətlər aparır, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşması istiqamətində tövsiyələr verirlər” .
Xidmət rəisi əlavə edib ki, paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
0
0