
Güclü küləyin fəsadları: "Xəsarət alan olmasa da ..." - RƏSMİ
“Son 2 gündə paytaxtda 22 ağac aşıb”.
Bu haqda Lent.az-a Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. O bildirib ki, ağac aşmaları nəticəsində xəsarət alan olmayıb:
“Yalnız 2 avtomobilin üzərinə ağac düşmüşdü. Külək səbəbindən qəzalı vəziyyətə düşən ağaclar da olub. Bununla bağlı müvafiq işlər görülür”.
O.Məmmədov qeyd edib ki, birliyin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışır və bu rejim küləyin fəsadlarının tam aradan qalxmasına qədər davam edəcək:
"Ən çox ağac aşması paytaxtın Nəsimi, Yasamal, Binəqədi, Xətai rayonlarında qeydə alınıb”.
Qeyd edək ki, aşan və ya qəzalı vəziyyətdə olan ağaclarla bağlı (+994 12) 570 73 30 nömrəli qaynar xəttə zəng vuraraq məlumat verə bilərsiniz.
Oxşar yazılar

Masazırda baş verən yanğın söndürüldü - VİDEO
3 iyul 2025 , 00:05
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı
2 iyul 2025 , 20:52
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı
2 iyul 2025 , 19:37Qadını barda saxlamaq üçün 13 polis gəldi
2 iyul 2025 , 19:12
Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45