Mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.
Havanın temperaturu gecə 14-18, gündüz 20-25 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında sabah şimşək çaxacaq və yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-183 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü və güclü küləkli hava şəraiti gözlənilir ki, bu da bəzi meteo-həssas insanlar üçün əlverişsizdir.