Güclü külək bir sıra bölgəni işıqsız qoyub
03 iyun 2013 21:44 (UTC +04:00)

Güclü külək bir sıra bölgəni işıqsız qoyub

 Azərbaycanın bir sıra qərb rayon və şəhərlərində əsən güclü külək ciddi fəsadlara səbəb olub. APA-nın məlumatına əsasən, Göyçay, Ağdaş, Yevlax, Bərdə, Goranboy və Mingəçevirdə bir saatdan çox əsən külək nəticəsində elektrik enerjisi kəsilib. Külək bir çox yerlərdə ağacları yıxıb. Məlumata görə, qasırğa şəkli almış külək hələ də əsməkdə davam edir. Son dəqiqələrdə isə leysan yağışı başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar