Bakıda oğurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 26-sı saat 15:30 radələrində Bakı şəhər sakini Arif Həsənzadəyə məxsus, işlədiyi Cavadxan küçəsində yerləşən «Moskva» Ticarət Mərkəzində yerləşən piştaxtanın üzərindən qızıl üzük oğurlanıb. Nəsimi RPİ 19-cu PB və RMİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini 1993-cü il təvəllüdlü Aydan İsmayılova və Sabirabad rayon sakini 1994-cü il təvəllüdlü Aqşin Axundov tutulub. Müəyyən olunub ki, A.İsmayılova həmin gün saat 14 radələrində, Bakı şəhər sakini Nəsibə Əsgərovaya məxsus Cavadxan küçəsində yerləşən gözəllik salonuna müştəri kimi daxil olub və orada masanın üzərindən N.Əsgərovanın mobil telefonun oğurlayıb.
Araşdırmalar davam etdirilir.