Göyçayda mağaza yanıb
15 avqust 2013 00:38 (UTC +04:00)

Göyçayda mağaza yanıb

Göyçay rayonunda mağaza yanıb. APA-nın məlumatına görə, hadisə avqustun 14-də gecə saat 22:00 radələrində rayonun Ləkçiplaq kəndində baş verib. Kənd sakini Əhmədov Şakir Şaban oğluna məxsus ərzaq və geyim əşyaları mağazasında baş vermiş yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və çanlı qüvvə cəlb edilib.

     

Hadisə nəticəsində ümumi sahəsi 90 kv.m olan mağaza qida məhsulları və geyim əşyaları ilə birgə tamamilə yanıb. Yanğın mağaza işləyən vaxt baş verib. Yanğın zamanı sahibkara 50 min manata yaxın maddi ziyan dəyib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır. 

 

# 414
avatar

Oxşar yazılar