Goranboyda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da şəhər ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində operator işləyən Elnur Bağırovu bıçaqla hədələyib 500 manat almış şəhər sakini Rövşən Məmmədli saxlanıb.
Faktla bağlı araşdırma aparılır.