Goranboyda "Niva" ilə "Mercedes” toqquşdu: 1 ölü
12 noyabr 2015 05:18 (UTC +04:00)

Goranboyda "Niva" ilə "Mercedes” toqquşdu: 1 ölü

0

Goranboy rayonunda "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıb.

 

Hadisə yerində "Niva" markalı minik avtamobilində olan sərnişin 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 01:37-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar