Goranboyda “Chevrolet” yandı
21 oktyabr 2013 18:03 (UTC +04:00)

Goranboyda “Chevrolet” yandı

Bu gün Goranboy rayonunun Qazanbulaq kəndində avtomobil yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus “Chevrolet” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826
avatar

Oxşar yazılar