
Generalın bacanağı bəraət istəyir
Azərbaycanda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbov barəsində olan hökmdən apelyasiya şikayəti verib.
APA-nın məlumatına görə, M. Talıbov apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Bakı Apelyasiya Məhkəməsində keçiriləcək proses iyulun 22-nə təyin edilib.
Şikayət hakim Elmar Rəhimovun icraatına verilib.
Qeyd edək ki, M. Talıbov qonşusu Amid Hüseynovun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M. Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M. Talıbov 4 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
Oxşar yazılar

Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12