Gəncədəki qəzada 4 nəfər yaralanıb
0
0
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toquşması nəticəsində 24 yaşlı Vəli Vəliyev, 55 yaşlı Mələk Muxtarova, 57 yaşlı Qəmər Əlieva və 15 yaşlı Davud Paşalı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
0
0