Gəncədə yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 116 kv.m olan üçotaqlı evin 1 otağında 10 kv.m tavan hissə və 1 ədəd divan qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Oxşar hadisə Sabirabad rayonud da baş verib. Qalağayın kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli üçotaq və 2 aynabənddən ibarət evin 1 otağının tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:10-da söndürülüb.