Gəncədə dindarlar icazəsiz aksiya keçirib: saxlanılanlar var
23 oktyabr 2015 16:30 (UTC +04:00)

Gəncədə dindarlar icazəsiz aksiya keçirib: saxlanılanlar var

 

 

Gəncədə dindarların saxlanılmasının səbəbləri məlum olub.

 

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.

 

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.

 

Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Oxşar yazılar