Gəncədə dəmir yolunda dəhşətli hadisə
26 dekabr 2012 17:26 (UTC +04:00)

Gəncədə dəmir yolunda dəhşətli hadisə

31 yaşlı qadın qatarın altında qalıb

Bu gün Gəncə şəhərində faciəvi hadisə baş verib. Dəmir Yolu Nəqliyyatında Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhərində, dəmir yolu vağzalının yaxınlığında 1981-ci il təvəllüdlü Mərdanova Səfurə Mustafa qızı Bakı-Tbilisi xətti üzrə hərəkət edən yük qatarının altında qalıb. Məlumata görə, 31 yaşlı S.Mərdanova hadisə vaxtı ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən ölüb.

 

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1910

Oxşar yazılar