Gəncədə avtoqəza: bir nəfər ölüb
04 iyun 2014 03:28 (UTC +04:00)

Gəncədə avtoqəza: bir nəfər ölüb

Gəncədə iki avtomobil toqquşub, bir nəfər ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Təbriz küçəsində baş verib. Şəhər sakini, 20 yaşlı Ruslan Nazim oğlu Hüseynov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən şəhər sakini 55 yaşlı, Birəvşanı Rizvanın idarə etdiyi “VAZ 2107” markalı avtomobilə çırpılıb.

 

Qəza zamanı sürücü Ruslan Hüseynov hadisə yerində dünyasını dəyişib. “VAZ 2107”-nin sürücüsü isə yüngül bədən xəsarətləri alıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943
avatar

Oxşar yazılar