Gəncədə “Yehovanın Şahidləri”nin 22 üzvü saxlanılıb
04 iyun 2014 19:02 (UTC +04:00)

Gəncədə “Yehovanın Şahidləri”nin 22 üzvü saxlanılıb

Saxlanılanlar arasında azyaşlı uşaq da var

 

Azərbaycanda “Yehovanın Şahidləri” təliminin üzvləri saxlanılıb.

 

Kəpəz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis onları bu gün Gəncə şəhəri Yusif Kosayev küçəsi, ev 31 ünvanında qanunsuz tədbir keçirərkən saxlayıb.

 

Mənzilə gələn polis əməkdaşları 22 nəfəri, o cümlədən 1 azyaşlı uşağı Kəpəz Rayon Polis İdarəsinə gətiriblər.

 

Mənzilə baxış keçirilərkən oradan yayılması və təbliği qadağan edilmiş dini ədəbiyyat götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1490

Oxşar yazılar