Gəncədə 65 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1949-cu il təvəllüdlü Davud Verdiyev yuxarı ətrafın kəsilmiş yaraları ilə xəstəxanaya daxil olub.
Həkimlərin müdaxiləsi ilə onu xilas etmək mümkün olub. Həyat yoldaşı bildirib ki, D. Verdiyevin səhhətində problemlər var, o da xərçəng xəstəsi olduğunu zənn edib, qollarını bıçaqla doğrayaraq intihara cəhd göstərib.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.