Gəncədə 2 qardaş tutulub
08 fevral 2018 14:16 (UTC +04:00)

Gəncədə 2 qardaş tutulub

0

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçidikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb. Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla onların şəhər sakinləri, əvvəllər məhkum olunmuş iki qardaş - Seymur və Kəmaləddin Talıbovlar olmaları müəyyən edilib. Baxış zamanı Seymurdan 120 qram, qardaşından isə 114 qram tiryək aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb.  

 

Bundan başqa DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən S.Talıbovun ətrafında aparılan əməliyyat tədbirləri ilə sonuncunun törətdiyi digər cinayət əməllərinin də üstü açılıb. Onun paytaxtın Badamdar qəsəbəsində yaşayan əcnəbi vətəndaşın mənzilindən 2 ədəd noutbuk, proyektor, 2 ədəd “TV-resiver”, 1 ədəd vebkamera, 2 ədəd domofon, 2 videokamera və 1 ədəd çanta oğurladığı müəyyən edilib.

 

Polis əməkdaşları tərəfindən maddi sübutlar onun Gəncə şəhərində yaşadığı mənzilindən aşkar edilərək götürülüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar