Gəncədə 19 yaşlı qız bıçaqlanıb
26 mart 2019 14:19 (UTC +04:00)

Gəncədə 19 yaşlı qız bıçaqlanıb

Gəncədə 19 yaşlı qız bıçaqlanıb.

ONA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini 19 yaşlı Nazpəri Əliyeva bıçaqlanma ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, ona sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarasının diaqnozu qoyulub. Yaralı əməliyyat edilib, vəziyyəti orta ağır olaraq qalır.

N. Əliyevanın necə bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708
avatar

Oxşar yazılar