Dünən Şıxov çimərliyində dənizdə batan gənc oğlanın şəxsiyyəti müəyyənləşib. Lent.az-ın məlumatına görə, saat 19 radələrində Şıx çimərlik zonasında, Salyan yolu 12 ünvanının qarşısında dənizdə boğularaq ölən gəncin 1999-cu il təvəllüdlü, Səbail rayon sakini Məmmədov Turman Eyvaz oğlu olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
*****
00:36
“Şıxov” çimərliyində boğulma faktı qeydə alınıb.
Lent.az “aznews.az-a” istinadən xəbər verir ki, gənc oğlan üzərkən suda boğulub.
Onun meyiti sudan çıxarılıb. Məlumata görə, boğulan şəxs ürək çatışmazlığından əziyyət çəkirmiş. Bir müddət əvvəl isə ürək əməliyyatı keçiribmiş.
Bildirilir ki, gənc oğlan suda olarkən ürəyi tutub və o, qardaşının gözü qarşısında boğulub.