Gecəyarısı küçədə qadına qarşı quldurluq edən gənc tutuldu
07 noyabr 2015 17:33 (UTC +04:00)

Gecəyarısı küçədə qadına qarşı quldurluq edən gənc tutuldu

0

Bakıda qadna qarşı quldurluq törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə , sentyabrın 10-da saat 00:45 radələrində Naxçıvanski küçəsində baş verib. Nizami RPİ Cinayət Axtarış Şöbəsi və 24-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Naibə Namazovanın  300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən 1992-ci il təvəllüdlü Afiq Raqif oğlu Səmədov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar