Gecələr yol polisi adı ilə sürücüləri saxlayan şəxslə bağlı araşdırma başladı
04 aprel 2014 11:02 (UTC +04:00)

Gecələr yol polisi adı ilə sürücüləri saxlayan şəxslə bağlı araşdırma başladı

Bakıda özünü yol polisi kimi təqdim edən mülki şəxsin sürücüləri saxlaması faktı ilə bağlı yoxlamalara başlanılıb.


 

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

 

Məlumatda qeyd olunur ki, baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində xidməti yoxlama başlanılıb, yoxlamaların nəticəsində uyğun olaraq fakta hüquqi qiymət veriləcək. 

 

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda gecələr yol polisi adı altında sürücüləri saxlayaraq, onlara problemlər yaradan mülki şəxslər barədə məlumatlar yayılıb. Məlumatlarla yanaşı, bu əməlləri təsdiqləyən video görüntülər də paylaşılıb.

Yayılan video görüntülərdə mülki geyimli şəxs avtomobili saxlayaraq özünü Səbail rayonunun yol polisi kimi təqdim edərək sürücüdən sənəd tələb edir. 

 

# 1028
avatar

Oxşar yazılar