Gecə partlayış törədən Bakı sakini tutuldu
27 avqust 2019 12:10 (UTC +04:00)

Gecə partlayış törədən Bakı sakini tutuldu

0
 
 
Bakıda gecə partlayış törədən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 25-də gecə saat 1 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib. Həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.
 
E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 820

Oxşar yazılar