Füzuli rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 450 m² olan ikimərtəbəli 9 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, 2-ci mərtəbəsində 2 otağının yanar konstruksiyaları 36 m² və 1-ci mərtəbəsində 1 otağının tavanı 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.