Fuad Qəhrəmanlının həbs müddəti uzadıldı
22 iyun 2016 15:26 (UTC +04:00)

Fuad Qəhrəmanlının həbs müddəti uzadıldı

0

 Həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti yenidən artırılıb.

Lent.az-a  bu barədə vəkil Yalçın İmanov məlumat verib.

Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsində  istintaq orqanını verdiyi vəsatətə əsasən F.Qəhrəmanlının barəsindəki həbs qətimkan tədbiri daha 1 ay uzadılıb.

 

Xatırladaq ki, F.Qəhrəmanlı ötən il dekabrın 8-də Nardaran hadisələri ilə bağlı çağırışlar etməkdə təqsirləndirilərək həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar