Saatlı rayonunda soyğunçuluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 30-da Bakı dəmir yolu sərnişin vağzalında 3 nəfər naməlum şəxs Saatlı rayon sakini Faiq Həsənova zor tətbiq edib mobil telefonunu və fotoaparatını alıb. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Şamil Salahov, Masallı rayon sakini Hikmət Əkbərov və Füzuli rayon sakini Fərid Paşayev tutulub.