FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında “mavi”lərin hüquqlarının pozulacağından narahatdır. Lent.az-ın “Fox Sports”a istinadən verdiyi məlumata görə, bununla əlaqədar ali futbol qurumu çempionatın Təşkilat Komitəsinə müraciət edib.
Müraciətdə Rusiyada qeyri-ənənəvi seksual münasibətlərin təbliğinə qadağa qoyulması barədə qanunun qəbuluna aydınlıq gətirilməsi xahiş olunub: “Mövcud nizamnamə və əsasnaməyə görə, istənilən növün diskriminasiyası qadağandır və qaydanı pozanlara qarşı ciddi tədbirləri nəzərdə tutur”.