Lənkərandakı yol qəzasında xəsarət alan sürücü öldü - YENİLƏNİB
07 noyabr 2015 17:50 (UTC +04:00)

Lənkərandakı yol qəzasında xəsarət alan sürücü öldü - YENİLƏNİB

0

Lənkəranda  iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində xəsarət alan sürücüsü xəstəxanada ölüb.

 

APA-nın cənub bürosunun məlumatına görə, noyabrın 7-də günorta saatlarında Ələt-Astara magistralının 199-cu kilometrliyində, yolun rayonun Digah kəndi ərazisindən keçən hissəsində Sumqayıt şəhər sakini, 40 yaşlı Mehman Məmmədovun idarə etdiyi "Hyundai" markalı, 41 BB 958 dövlət nömrə-nişanlı sərnişin avtobusu Lənkəran rayonunun Mamusta kənd sakini, 52 yaşlı Məhərrəm Hüseynovun idarə etdiyi  "VAZ- 21011" markalı, 42 BF 290 dövlət nömrə nişanlı  minik avtomobili ilə toqquşub.

 

Güclü zərbə nəticəsində minik avtomobili deformasiyaya uğrayıb. Hadisə yerinə çağırılmış  Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri xüsusi alətlərin köməyi ilə avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salıblar.

 

Həkimlərin səylərinə baxmayaraq, bir neçə saatdan sonra o, xəstəxanada keçinib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

***

 

14:45

 

Lənkəranın Digah kəndində “VAZ” markalı minik avtomobili ilə “HYUNDAİ” markalı avtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

 

Məlumata əsasən, FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü avtomobildə sıxılaraq qalıb. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış vətəndaşı deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar