Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda intihara cəhd faktı ilə bağlı məlumat yayıb. Lent.az- ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq intihar edəcəyini nümayiş etdirir. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.