Facebook-a haker hücumu
16 fevral 2013 07:52 (UTC +04:00)

Facebook-a haker hücumu

«Facebook» sosial şəbəkəsinin rəhbərliyi yanvarda şirkətin serverlərinə edilmiş kiberhücum barədə məlumat yayıb. 

 

Lent.az-ın  «BBC»-yə istinadən məlumatına görə, hücum nəticəsində istifadəçilərin məlumatlarının oğurlanması faktları aşkarlanmayıb.

 

«Facebook»-dan bildirilib ki, sosial şəbəkə ən yeni vasitələrdən istifadə olunmuş kiberhücumun hədəfi olub. Zərərli proqram şəbəkənin veb-saytına mobil qurğudan keçib.

 

«Biz bütün yoluxmuş kompüterləri təmizləmişik, hüquq-mühafizə orqanlarına məlumat vermişik və geniş təhqiqata başlamışıq»- deyə, «Facebook»-un bəyanatında vurğulanıb.

 

Bir müddət öncə «Twitter» 250 min «akkaunt»unun oğurlandığını etiraf etmişdi.

 

ABŞ-da çıxan bir sıra qəzetlər, o cümlədən «New York Times» -da oxşar hücumlardan zərər çəkdiyini bildiriblər. Onlar Çindən olan hakerlərdən şübhələnirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1208
avatar

Oxşar yazılar