Bakıda quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 4-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan Kifayət Səfərovanın evinə aldatma yolu ilə girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər onu döyüb. Həmin şəxslər qadının əllərini iplə bağlayaraq evdən 144 manat və qızıl əşyalar aparıblar.
Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən qəsəbə sakini Yusif Əsgərli tutulub.
Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.