
Nəvə nənənin pullarını və qızıllarını oğurladı
0
0
Bakıda evdən külli miqdarda qızıl oğurlayan şəxs tutulub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, faktla bağlı Xətai RPİ 35-ci PB əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
Nəticədə sentyabrın 14-də rayon ərazisindəki evlərin birindən 1500 manat və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən N.Əmircanov saxlanılıb.
Verilən məlumatda oğurluğu törədən N.Əmircanovun ev sahibinin nəvəsi olduğu bildirilir.
0
0