Evdən kişi meyiti tapıldı
0
0
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Lent.az-a FHN-dən verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olublar.
Mənzildə 78 yaşlı Həşimov Elman Qulam oğlunun meyiti aşkarlanıb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
0
0