Etibar Hüseynovu təhqir edən şəxsə 7 sutka həbs
17 sentyabr 2013 17:09 (UTC +04:00)

Etibar Hüseynovu təhqir edən şəxsə 7 sutka həbs

Azərbaycanda deputatı təhqir etməkdə təqsirləndirilən şəxsə cəza verilib.


 

APA-nın məlumatına görə, Abşeron rayon Məhkəməsinin qərarı ilə deputat Etibar Hüseynovu təhqir etməkdə təqsirləndirilən Rauf Qubadov 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

 

Deputat Etibar Hüseynov isə APA-ya açıqlamasında bildirib ki, məhkəmənin qərarına hörmətlə yanaşır: “Abşeron Rayon Məhkəməsinin çıxardığı qərara hörmətlə yanaşıram. Lakin qətiyyən qəbul etmirəm. Bir çox mətləblər var ki, bunu hələlik mətbuata açıqlamıram. Hazırda Azərbaycanda deyiləm. Bakıya qayıdanda daxili işlər naziri Ramil Usubovun qəbuluna gedib ona hər şeyi açıqlayacağam. Ümidvaram ki, haqq - ədalət bundan sonra öz yerini tutacaq ”.

 

Qeyd edək ki, mətbuatda R. Qubadovun deputat Etibar Hüseynovla dalaşması və onu təhqir etməsi haqqında xəbər yayılıb. Məlumata görə, E. Hüseynovun şikayətindən sonra R. Qubadov saxlanılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1378
avatar

Oxşar yazılar