Ermənilər Qazaxı yenə atəşə tutdu
20 may 2014 10:18 (UTC +04:00)

Ermənilər Qazaxı yenə atəşə tutdu

Ermənilər atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub. 
 

Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Şıxlar, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
 

Düşmən cavab atəşi ilə susdurulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 425
avatar

Oxşar yazılar