Ermənilər Füzuli və Tərtər rayonlarında taxıl sahələrini yandırmaq istəyir - YENİLƏNİB
30 may 2014 09:39 (UTC +04:00)

Ermənilər Füzuli və Tərtər rayonlarında taxıl sahələrini yandırmaq istəyir - YENİLƏNİB

0
Ermənistan Silahlı Qüvvələri Füzuli istiqamətində sakinlərə məxsus taxıl sahələrini yandırmağa cəhd ediblər.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, düşmən rayonun Şükürbəyli kəndi yaxınlığındakı mövqelərindən taxıl sahələrinə işıqsaçan güllələr və yandırıcı fişənglər atıb. Yerli sakinlərin ayıqlığı nəticəsində erməni hərbiçilərinin bütün cəhdləri nəticəsiz qalıb.

 

Bu gün axşama doğru ermənilər Tərtər rayonunun Qapanlı kəndini də atəşə tutub. İşıqsaçan güllələrlə hədəfə alınan yaşayış məntəqəsində kənd sakini Xuraman Məmmədovaya məxsus ot tayası yanıb. Hər iki istiqamətdə hazırda da gərginliyin hökm sürdüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1275

Oxşar yazılar