Cəbhədə atəşkəs rejimi yenə pozulub. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Novruzlu, Sarıcalı, Cəvahirli, Çıraqlı, Şıxlar, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Ermənilər cəbhədə təxribat törətməkdə davam edir
Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45