Bərdə rayonunda ağır yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 3-də saat 17 radələrində Bərdə rayonunun Göyüşlü kəndində rayon sakini Mobil Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vuruşb. Nəticədə onun sərnişinlərindən arvadı İlhamə hadisə yerində ölüb, özü və digər sənişini qızı Şahnaz xəstəxanaya yerləşdirilib.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.