
"Sonuncu dəfə dözmədim" - Əmisini öldürən oğlan DANIŞDI - YENİLƏNİB
Ötən gün Xırdalanda əmisini öldürən şəxs qətlin səbəblərini açıqlayıb.
ONA-nın məlumatına görə, "Abşeron Gənclər Şəhərciyi"ndə yaşayan Məzahir Şıxməmmədov əmisi ilə aralarında münaqişə olduğunu deyib: “Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxardıb. Bir dəfə keçmişəm, iki dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim. Əslində öldürmək planım olmayıb”.
M.Şıxməmmədov əmisini ölümcül döydüyünü də bildirib: “Əvvəlcə 5-6 yumruq vurdum. Sonra isə üzünə və başına butulka ilə zərbə endirdim. Mənzili yandırıb, oradan uzaqlaşdım”.
Otən gün ONA xəbər vermişdi ki, M. Şıxməmmədov cinayətdən az sonra Abşeron Polis İdarəsinin Sumqayıtda apardığı əməliyyat nəticəsində saxlanılıb.
17:17
Ötən gün Xırdalanda "Abşeron Gənclər Şəhəriciyi"ndə yerləşən yaşayış binalarından birində baş vermiş yanğının təfərrüatı məlum olub.
ONA-nın məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı baş verən hadisənin cinayət olduğu üzə çıxıb.
Araşdırma zamanı yanaraq dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyəsində sınıq xəsarətlərinin olduğu, öldürülərək yandırıldığı müəyyənləşdirilib. Müəyyən edilib ki, hadisəni mərhumun qardaşı oğlu 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlu törədib. O, izi itirmək üçün mənzili yandırıb.
Abşeron Polis İdarəsinin Sumqayıtda apardığı əməliyyat nəticəsində M. Şıxməmmədov saxlanılıb.
Saxlanılan şəxs hadisəni törətdiyini etiraf edib və bu zaman spirtli içkinin təsirində olduğunu bildirib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb.
Oxşar yazılar

Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25
Şahin Şıxlinskı sərbəst buraxıldı - VİDEO - YENİLƏNİB
2 iyul 2025 , 00:28
Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45