Bakı Apellyasiya Məhkəməsində Nazim Ağabəyovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən şikayət təmin etməyib.
Qeyd edək ki, Nazim Ağabəyov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Ağabəyovun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi sübuta yetirilməyib və buna görə onun ittiham olunduğu maddə 234.4.3-cü (narkotik vasitə saxlama, satma, göndərmə) maddəsindən 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib. Barəsində Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesablanması) maddəsi təyin olunub. Ona 2 il 4 ay müddətinə şərti azadlıqdan məhrum edilmə cəzası verilib. N. Ağabəyov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan N. Ağabəyov apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Onu da qeyd edək ki, Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N. Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir.