Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi başlandı
27 sentyabr 2013 11:57 (UTC +04:00)

Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi başlandı

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi başlanıb.


 

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1977-ci il təvəllüdlü Elnarə Niftəliyevanın ölümü ilə bağlı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

 

Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

 

Qeyd edək ki, E.  Niftəliyeva sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

 

Hadisədən dərhal sonra E. Niftəliyevanın meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibb Ekspertizası və Komisyon müayinədən keçirilib. APA-nın məlumatına görə, keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E. Niftəliyeva asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E. Niftəliyevanın əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Hazırda fakt üzə araşdırma aparılır.

 

Qeyd edək ki, A. Niftəliyev mətbuata açıqlamada E. Tofiqqızının əməliyyatdan öncə vurulan narkoz nəticəsində öldüyünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1007
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40