Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Hans Ditrix Genşer ilə görüşüb. XİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı durumu və perspektivləri müzakirə edilib. Görüşdə eyni zamanda regional proseslərlə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin, Azərbaycanın xarici işlər naziri və Almaniyanın sabiq naziri Alman-Azərbaycan Forumunun fəaliyyətini, o cümlədən forumun iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.